Maşın şou başladı Bu da iştirakçıları

  • 14.12.2018
  • 0

"M Group Production”ın təşkilatçılığı ilə "Maşın şou”nun 17-ci sürəti start götürüb. ATV-də efirə gedən şouya 18 məşhur sima qatılıb. Onlardan bəziləri ötən verilişlərdən təcrübəli olsa da, digərləri proqramda ilk dəfə çıxış edirlər. Xalq artisti Murad Dadaşovun aparıcısı olduğu şounun budəfəki mövsümü "Hind kinosu" adlanır. Veriliş hər axşam saat 22:00-da yayımlanacaq. Qalibə bahalı avtomobil təqdim olunacaq. Yarışın iştirakçıları aşağıda adları qeyd olunanlardır: Əməkdar artist. Ruhəngiz Allahverdiyeva, şairə Nazilə Səfərli, Müğənni. Mina Hüseyn, Səmra Rəhimli, Samir Cavadzadə, Dilarə Kazımova, Reper. Ramin Nabran, Meyxanaçı. Oktay Kamil, Aparıcılar. Ranar Musayev, Xose Bernardo, Aktrisalar. Xəyalə Quliyeva, Aysel Nazim, Nərgiz Əliyeva, Aydan Axundzadə, Aktyorlar. Allahverdi Yolçuyev, Sərxan Kərəmoğlu, Bloqqerlər. Mənsur Şəriyev, Taleh Yüzbəyov.

Nə düşünürsən?