"Qarabağ" Londondan məğlubiyyətlə dönür

  • 14.12.2018
  • 0

Bu gün Avropa Liqasında qrup mərhələsinə yekun vurulub.

Qol.az xəbər verir ki, təmsilçimiz “Qarabağ” turnirdə bu mövsüm sonuncu oyununu keçirib. Qrupdan çıxmaq şansını itirən Ağdam təmsilçisi 6-cı turda London “Arsenal”ının qonağı olub. Formal xarakter daşıyan görüşdə “Qarabağ” 0:1 hesabı ilə uduzub.

Qrupun digər oyununda “Sportinq” “Vorskla”ya qalib gəlib - 3:0.

"Arsenal" qrup birincisi, "Sportinq" ikinci olaraq növbəti mərhələyə yüksəlib. "Vorskla" üçüncü, "Qarabağ" isə qrup sonuncusu olub.


13 dekabr

Avropa Liqası

Qrup mərhələsi, 6-cı tur


E qrupu

00:00. “Arsenal” (İngiltərə) – “Qarabağ” (Azərbaycan) - 1:0
Qol: 
Lyakazett, 16
Baş hakim: Yens Qrabski (Danimarka)
London. “Emireyts” stadionu

Nə düşünürsən?