Səfir Azərbaycan mahnısı oxudu, piano çaldı

  • 13.12.2018
  • 0

"İndoneziya Konstitusiyasında belə bir bənd var - azadlıq hər bir xalqın haqqıdır. Dünyada işğalçılığa son qoyulmalıdır. İndoneziya hökuməti hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”.

Bunu KİV nümayəndələri ilə görüşü zamanı İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bey Fənani bildirib.

O qeyd edib ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır.

Səfir həmçinin Azərbaycan mədəniyyətindən danışıb. O, Azərbaycana vurğun olduğunu bildirib və "Sarı gəlin”lə "Ey Əziz Anam Azərbaycan” mahnılarını ifa edib.

İndoneziyalı diplomat Azərbaycan mətbəxini çox bəyəndiyini də əlavə edib.

Tədbirdə səfir mahnı oxuyub, musiqi alətlərində ifa bacarığını nümayiş etdirib.

Nə düşünürsən?