PSV "İnter"i qrupda saxladı

  • 12.12.2018
  • 0

Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulur.

B qrupunda qərarlaşan "İnter" PSV-ni qəbul edib. Matç 1-1 hesablı heç-heçə ilə başa çatıb. Bu nəticə isə Milan təmsilçisini növbəti mərhələyə çıxarmaq üçün kifayət etməyib.

B qrupunu 14 xalla "Barselona" lider tamamlayıb. "Tottenhem" 8 xalla 2-ci yeri tutub. Eyni xala malik olan "İnter" Avropa Liqasında çıxışını davam etdirəcək. PSV 2 xalla qrup sonuncusu olub.

"İnter" (İtaliya) - PSV (Hollandiya) - 1:1

Qollar: Mauro İkardi. 73 - İrvinq Losano, 13

Nə düşünürsən?