“Məni buna o vadar etdi” — Bacanağına olan acığını heyvanlardan çıxdı

  • 11.12.2018
  • 0

Qubada qəsdən yanğın törədən şəxs saxlanılıb.

Dekabr ayının 8-də gecə saatlarında Quba Rayon Polis Şöbəsinə rayonun Qorxmazoba kənd sakini Şahbaz Əliverdiyevə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən tövlədə yanğın baş verməsi barədə məlumat daxil olub.

Araşdırmalarla hadisənin qəsdən törədildiyi məlum olub.

Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yanğını törətməkdə şübhəli bilinən rayonun Zərdabi qəsəbə sakini, 55 yaşlı Fərahim Ağamirzəyev saxlanılıb.

Dindirilmə zamanı F.Ağamirzəyev əməlini etiraf edərək, zərərçəkənlə aralarında illərdir ədavət olduğunu bildirib. Həmin gecə içkili vəziyyətdə zərərçəkmişə məxsus evin həyətyanı sahəsində yerləşən tövləyə gizlicə daxil olub, orada yanğın hadisəsi törədərək ona maddi ziyan vurmaq istəyib.

Fərahim Ağamirzəyev – Saxlanılan şəxs: “İçkili idim, bacanağımdan qisas çıxmaq üçün gedib tövləsini yandırdım. Mənə pul borclu idi, vermirdi. İçkili olmasaydım etməzdim. Beynimə düşdü, etdim. Peşmanam, o, özü də peşman olmalıdır. Məni buna vadar edən odur”.

Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.

Nə düşünürsən?