Fransada “Sarı jiletli”lərin etiraz aksiyası davam edir

2 gün əvvəl 16:15 | 17 | 0

Dekabrın 8-də Parisdə “Sarı jilet”lilərin etiraz aksiyası yenidən başlayıb.

Nümayişlərə minlərlə insanın çıxacağı gözlənilir. Bu barədə Fransanın daxili işlər naziri Kristof Kastaner açıqlama verib. 

Aksiya iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün hüquq-mühafizə orqanlarının 89 min, Parisdə isə 8 min əməkdaşı səfərbər edilib. 

Xatırladaq ki, Fransada kütləvi aksiyalar benzinin satış qiymətinin və ekoloji vergilərin artırılmasına etiraz olaraq, noyabrın 17-də başlayıb.

Polislə toqquşmalar zamanı 4 nəfər həyatını itirib, yüzlərlə insan yaralanıb. Xeyli sayda avtomobillər yandırılıb, dükanlar və banklar dağıdılıb. 

Nəticədə, Fransa hökuməti yanacağa görə vergilərin  2019-cu ilə qədər artırmamağı qərara alıb.

Lakin hökumətin bu addımı aksiyaları səngitməyib. 

Nə düşünürsən?