Paşinyan Putini aldatdı - Rusiya şokda

2 gün əvvəl 15:02 | 100 | 0

Rusiyalı telefon xuliqanı pranker “Vovan” (Vladimir Kuznetsov) Böyük Britaniyanın xarici işlər naziri Boris Consonla Ermənistanın baş naziri Nikol Paşinyanın adından edilən telefon söhbətinin təfərrüatları haqqında danışıb.

Kuznetsovun sözlərinə görə, “bütün işlərə Rusiyanın müdaxiləsi haqqında” söhbət edərək Consonla zarafat etməyə qərar veriblər.

“Consonun danışığı diplomatik idi. Fikrimcə, ona görə ki, Ermənistanın baş naziri ona yad şəxs idi və onunla necə davranmaq barədə dəqiq fikir yox idi: o, Rusiyanın yanında və ya ona qarşı olacaq”, - “Vovan” bildirib.

Daha əvvəl yayılan xəbərə görə, Rusiya prankerləri Vladimir Kuznetsov və Aleksey Stolyarov (“Leksus”) Boris Consonla Ermənistanın baş naziri Nikol Paşinyanın adından danışıb. İddiaya görə, telefon xuliqanları Boris Consonla 18 dəqiqə ərzində Rusiya və Suriya mövzuları, həmçinin Sergey Skripalın zəhərlənməsi hadisəsi ilə bağlı danışıblar.

İngiltərənin Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, nazir onun zarafat edildiyini anlayıb və söhbəti kəsib.

Qeyd edək ki, “Vovan” və “Leksus” bir çox məşhurlarla etdiyi telefon zarafatı ilə əlaqədar zaman-zaman gündəmə gəliblər. Məsələn, “Vovan” 2016-cı ilin noyabrında yutubda Ukrayna prezidenti Pyotr Poroşenko ilə telefon söhbətinin 15 dəqiqəsini yayıb. Kuznetsov özünü Qırğızıstan prezidenti Almazbek Atambayev kimi təqdim edib.

O, söhbətin gedişatında Poroşenkodan Müstəqil Dövlətlər Birliyinə (MDB) üzvlüklə bağlı Kiyevin mövqeyini soruşub. “Rusiyanın aparıcı rol oynadığı MDB-də əməkdaşlıq sağlam düşüncəyə ziddir. Mən hələ ki, birliyin ən ali orqanlarında Ukraynanın təmsilçilik səviyyəsini azaltmışam, təhlükəsizlik sferasında qarşılıqlı əlaqələri dayandırdıq”, - Poroşenko deyib.

Pranker həmçinin Lipetskdə “Roshen” fabrikini qorumaq üçün “öz adamları”nın adına rəsmiləşdirməyi təklif edib. Poroşenko təkliflə razılaşır və deyir ki, danışmaq üçün adamlarını göndərsin.

Siyasətçilərin telefon danışıqları haqqında xəbər noyabrın 2-də Ukrayna prezidentinin mətbuat xidməti tərəfindən dərc edilib. Qeyd edilirdi ki, dövlət başçıları ikitərəfli münasibətlərin aktual məsələlərini müzakirə ediblər. Noyabrın 3-də Poroşenkonun rəsmi saytından telefon söhbəti haqqında xəbər yoxa çıxdı.

Qırğızıstan prezidentinin administrasiyası da ölkənin liderlərinin söhbəti haqqında məlumatları təkzib edib. “Bu informasiya mötəbər deyil”, - prezident administrasiyasının xarici siyasət şöbəsinin müdiri Sapar İsakov deyib.

Rusiyalı telefon xuliqanları həmin ilin əvvəlində telefon vasitəsilə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanı aldadıblar. “Vovan” və “Leksus” kimi tanınan rus prankerləri Ərdoğana zəng vuraraq özlərini Ukrayna baş naziri Arseni Yatsenyuk və prezident Pyotr Poroşenko kimi təqdim ediblər.

İddia olunur ki, telefon xuliqanlarının hiyləsinə aldanan Ərdoğan Poroşenkonu “dəyərli dostum” adlandırıb. “Ukrayna tərəfi” Ərdoğana Rusiya sanksiyalarından əziyyət çəkdikləri üçün birgə fəaliyyət planı cızmağı təklif edir. “Böyük məmnuniyyətlə. Bu mövzuda heç bir şübhəniz olmasın”-deyə Ərdoğan telefonda deyib (2015-ci ilin noyabrında Türkiyənin Suriyada Rusiyaya məxsus Su-24 təyyarəsini vurması ilə əlaqədar Ankara və Rusiya arasında münasibətlər pisləşmiş, nəticədə Türkiyə və Ukrayna arasında yaxınlaşma baş vermişdi –red.).

“Vovan” və “Leksus” daha əvvəl digər məşhurlarla - Elton Con, Mixail Saakaşvili, Vitali Klçiko, Arsen Avakovu da telefon zəngləri vasitəsilə aldatmışdı.

Nə düşünürsən?