"Röyanı tapa bilmirəm" - Abbas gileyləndi

  • 08.12.2018
  • 0

"Görünüşümlə bağlı əziyyət çəkdim, yeni klip və mahnılar var. Buna görə də efirlərə çıxmıram. Yanvardan hamısını görəcəksiniz. Əvvəlcədən demirəm, maraqsız olacaq".

Bu sözləri əməkdar artist Abbas Bağırov "Show news" verilişində deyib. Müğənni həmkarı və dostu Röya Ayxanla küsməsindən danışıb. Abbas Röyanı tapmaqda çətinlik çəkməsindən gileylənib:

"Heç kimdən küsməmişəm və küsülü deyiləm. Öz işimlə məşğulam. Röyanın qolu qırıldısa, mən də qolum qırıldı. Onu ömür boyu tapa bilmirəm. Ancaq İnstaqramda yazışırıq. O qədər nömrəsi var ki... Röya qəzadan yaxşı qurtardı. Hamısı nəzərdir".

Nə düşünürsən?