"Belə namussuzların üzü göstərilməlidir" - Elgiz

  • 08.12.2018
  • 0

ARB TV-nin "Səhər-səhər" verilişində son günlər sosial şəbəkədə videosu yayılan başı qırxılan qadın müzakirə edilib. 

Aparıcı Elgiz Əkbər belə halların yayımlanmasının tərəfdarı olduğunu söyləyib:

"Allah heç kimin qapısına elə namussuz qismət etməsin. Qadın gedib kişinin papağını yerə vurmalıdır? Əvvəllər, qarşı olmuşam. Lakin indi deyirəm ki, onlar nümayiş olunmalı, üzləri göstərilməlidir. Abır-həyaları varsa belə etməzlər. Tərbiyəsizlər. 


Bu yaxınlarda bir qadın kənddə əxlaqsızlıq etmişdi, oğlanı öldürdülər. Əxlaqsız, ləyaqətsiz qadının ucbatından kənddə neçə kişi öldü, neçəsi həbsxanaya düşdü. Belə olar?".

Nə düşünürsən?