Azərbaycanda devalvasiya riski var? - Deputat açıqlama verdi

07.12.2018 | 839 | 0

Azərbaycan büdcəsi kifayət qədər praqmatik hazırlanıb və hazırda milli valyuta üçün hər hansı bir risk yoxdur. Növbəti devalvasiyanın baş verəcəyi ilə bağlı iddialara münasibət bildirən iqtisadçılar bu fikirdədir. Onlar deputat Vahid Əhmədovun da maliyyə nazirinin sözlərini təhrif etdiyini deyirlər.

Xezerxeber.az-ın məlumatına görə, maliyyə naziri Samir Şərifovun "Manatın məzənnəsinin kəskin möhkəmlənməsi ixraca mənfi təsir göstərir" ifadəsini millət vəkili Vahid Əhmədovun "devalvasiya anonsu" adlandırması əsassızdır.

Deputat Aydın Hüseynov belə deyir. Onun sözlərinə görə, maliyyə nazirinin çıxışı təhrif olunub və bu cür yanaşma cəmiyyətdə çaşqınlıq yarada bilər.

Millət vəkili Aydın Hüseynov bildirir ki, hazırda ölkədə devalvasiyaya səbəb olacaq şərait yoxdur.

Maraqlısı budur ki, Vahid Əhmədov daha əvvəllər də manatın devalvasiyaya məruz qalacağı, hətta bir dolların 5-6 manata qədər dəyərdən düşəcəyini bildirmiş, amma bu proqnozların heç birinin özünü doğrultmadığını demişdi. Bu tip açıqlamalar isə süni maliyyə gərginliyi yaratmaqdan başqa bir şey deyil.

Qeyd edək ki, məsələ ilə bağlı Maliyyə Nazirliyi də açıqlama verib. Açıqlamada nazirin çıxışının təhrif olunduğu bildirilib. Əslində nazir neft daxilolmalarının artıqlığı zamanı bu vəsaitin daha çox istifadəsi manatın məzənnəsinin daha da möhkəmlənməsinə təzyiq yaratdığını ifadə edib. Bu isə ixraca mənfi təsir edir, idxalın isə artmasına səbəb olur ki, bu da milli istehsal, o cümlədən ixracla məşğul olanlar üçün faydalı deyil. Ona görə də bu mənfi təsirləri aradan qaldırmaq üçün dövlət büdcəsinin xərcləri qeyd olunan münbit çərçivədə saxlanılmalıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?