Məşhurlardan şiddətə dəstək: "Xəyanətkarların videosu yayılmalı, başları qırxılmalıdır"

07.12.2018 | 1 008 | 0

ARB telekanalının "Səhər-səhər" verilişinin aparıcısı Gülər Nemət bir neçə gündür həyat yoldaşı tərəfindən başı qırxılan qadın haqda danışıb.

Open.az xəbər verir ki, aparıcı verilişdə qadını xəyanət etməkdə qınayaraq, ona şiddət tətbiq olunmasını dəstəkləyib.

"Əslində yaxşı edib. Necə yəni? Bu uşaqlarını düşünməyib, başqa kişiylə gecə saatlarında danışıb. Ancaq bu kişi uşaqlarına görə qadının başını qırxmamalıdır? Qadın namusuna görə yaşamalıdır. Bunu düşünməlidir", - deyə G.Nemət bildirib. 

Verilişin digər aparıcısı Elgiz Əkbər də xəyanətkar qadınların üzə çıxarılmasının vacib olduğunu vurğulayıb: "Əvvəllər,qarşı olmuşam. Lakin indi deyirəm ki, onlar nümayiş olunmalı, üzləri göstərilməlidir. Abır-həyaları varsa belə etməzlər. Tərbiyəsizlər !"

open az

Nə düşünürsən?