Bakıda zibil maşını piyadanı vurub öldürdü

07.12.2018 | 35 | 0

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub.

Report-un məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb.

Zibil daşıyan maşın orta yaşlı kişini vuraraq öldürüb.

Faktla bağlı Nəsimi rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Nə düşünürsən?