Haqqında ölüm xəbəri çıxan Coşqun Rəhimov danışdı

07.12.2018 | 5 | 0

"Bu şəhərdə" komandasının sevilən aktyoru, əməkdar artist Coşqun Rəhimov haqda xoşagəlməz xəbərlər yayılıb. Bu gün sosial şəbəkədə Coşqununu dünyasını dəyişdiyinə dair şayiələr gündəmə çevrilib. BiG.AZ xəbər verir ki, məsələylə bağlı open.az-a danışan Rəhimov yayılan bu söz-söhbətin əsassız olduğunu vurğulayaraq, belə mövzulara artıq fikir vermədiyini dilə gətirib. "Yenə başladılar? Belə xəbərlər yaymaqda, insanların məqsədi nədir anlamıram. Axırda öldü deyə-deyə məni öldürəcəklər. Allah uzaq eləsin. Şükürlər olsun ki, hər şey qaydasındadır. Bu cür şayiələr qəbuledilməz və xoşagəlməzdir".

Nə düşünürsən?