Azərbaycanda terror təhlükəsi yoxdur

06.12.2018 | 21 | 0

Azərbaycan yeni "Qlobal Terrorçuluq İndeksi"ində3 pillə irəliləyərək 98-ci yeri tutub. Bu isə o deməkdir ki, azərbacan terror təhlükəsinə məruz qalmağa görə dünyada 98 ci ölkədir. Hesabatı İqtisadiyyat və Sülh İnstitutu hazırlayıb. siyahı tərtib edilərkən sosial-iqtisadi şərait geniş təhlil edilir, həmçinin radikal cərəyanların yaranmasının geosiyasi amilləri öyrənilir.Politoloq Arzu Nağıyev bildirir ki, Azərbaycanın terrorçuluqla mübarizə sahəsində əldə etdiyi uğurlar beynəlxalq göstəricilərdə də təbii olaraq özünü göstərir.

Arzu Nağıyev onu da bildirir ki, Azərbaycan terror təhlükəsi yüksək olan bölgədə yerləşsə də bu təhlükəni ölkə ərazisindən sovuşduraraq sabitliyi tam təmin etməyi bacarıb.

Reytinqdə ilk yerləri terrorçuların fəaliyyəti və terrorizm təhdidinin daha yüksək olduğu, sonuncu yerləri isə daha aşağı olduğu ölkələr tutur. Azərbaycan siyahıda 138 ölkə arasında 98-ci yerdədir ki, bu da praktiki olaraq ölkədə terror təhlükəsinin olmadığını göstərir. bu baxımdan azərbaycan həm də regionun ən təhlükəsiz və sabit ölkəsidir.belə ki,Bundan əvvəl ölkəmiz reytinqdə 95-ci idi. Bu göstərici ilə Azərbaycan regionun lideridir. Belə ki, Ermənistan siyahıda 83-cü, Gürcüstan isə 89-cu yerdədir.

İlk üçlüyə İraq, əfqanıstan və Nigeriya daxil edilib. ABŞ 20, Fransa 30, Rusiya 34, Almaniya isə terrorizm təhlükəsi baxımından 39-cu ölkədir. Postsovet ölkələrindən Ukrayna 21-ci, Tacikistan - 74, Qazaxıstan - 75, Qırğızıstan - 80, Moldova - 116, Özbəkistan - 132, Türkmənistan və Belarus isə 138-ci yerdə dayanır.

Nə düşünürsən?