Prezident İlham Əliyev və xanımı sərgidə iştirak ediblər

04.12.2018 | 39 | 0

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvlərixxıv beynəlxalq "Bakutel-2018" telekommunikasiya, innovasiya və yüksək texnologiyalar sərgisi ilə tanış olublar.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə dövlət başçısına məlumat verərək bildirib ki, sərgidə 20 ölkədən 230 şirkət iştirak edir. Sərgidə 10 ölkə milli pavilyonla təmsil olunur.

Dövlət başçısına müəssisələr, onların fəaliyyəti və həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verilib. Robopark layihəsi çərçivəsində təqdim olunan pavilyonda məktəblilər arasında robot texnologiyasına maraq artırılması və onların bu sahədə daha innovativ yeniliklər barədə məlumatı olması hədəflənib.

Sərgidə prezident İlham Əliyevə dövlət tərəfindən maliyyələşdirilən startap layihələri barədə də məlumat verilib. Sərgidə təmsil olunan Azərbaycanın yerli telekommunikasiya şirkətləri tətbiq etdikləri ən yeni texnologiyaları təqdim ediblər. Sərgidə elektron hökümət xidmətlərinin hazırki vəziyyəti və tətbiqi planlaşdırılan yeniliklər təqdim olunub. Sonra dövlət başçısı Rusiyanın Rossiya 24 telekanalına müsahibə verib.

Dövlət başçısı müsahibəsində Azərbaycanda biznesin inkişafı üçün həyata keçirilən tədbirlərdən danışıb.

Nə düşünürsən?