Canlı yayımda sevgilisini vəhşicəsinə döydü

  • 04.12.2018
  • 0

Rusiyada yayımlanan "Ev 2 (Дом-2)" adlı şou proqramda daha bir qalmaqallı hadisə baş verib. Dərgi.az xəbər verir ki, 34 yaşlı Andrey Şabarin sevgilisi Rozaliya Reysonu kameralar qarşısında döyüb. Buna səbəb isə onun iddiasına görə, Rozaliyanın başqa biri ilə qucaqlaşmasıdır.  Görüntülərdə Andrey sevgilisinə "o adamlar sənə toxundumu" sualını verir. Qız onun sualına cavab vermədikdə isə Andrey Rozaliyanı vəhşicəsinə döyür. Görüntülər ortaya çıxdıqdan sonra kanal rəhbərliyi Andreyi verilişdən uzaqlaşdırıb. Andreyi bağışladığını deyən Rozaliya öz istəyi ilə verilişdən çıxıb. Qeyd edək ki, bu şou proqramda belə hadisələr dəfələrlə baş verib. Qadınlara qareşı şiddətin olduqca bol olduğu veriliş neçə ildir ki, yayımına davam edir.  Dərgi.az

Nə düşünürsən?