Azərbaycanlı güləşçi Həbiblə görüntüsünü paylaşdı

  • 03.12.2018
  • 0

Məşhur azərbaycanlı yunan-Roma güləşçisi Rəsul Çunayev UFC idmançısı Həbib Nurməhəmmədovun Konor Makqreqorla döyüşdən əvvəl Bakıdakı görüşünü xatırladıb.

Oxu.Az xəbər verir ki, Çunayev onunla görüşdən çəkilmiş videonu sosial media ünvanında paylaşaraq bu sözləri yazıb:

“Bu video Həbib Nurməhəmmədovun Konor Makqreqorla döyüşündən əvvəl – Bakıya gəlişi zamanı çəkilib. Ümid edirəm ki, qardaşımız Həbib özünün növbəti döyüşü öncəsi yenidən Bakıya gələcək. Ona yeni böyük qələbələr arzulayıram. Fikrimcə, bu istək bütün Azərbaycan döyüşçülərinin arzusudur”.

Qeyd edək ki, videoda Həbib Nurməhəmmədov zarafatla Azərbaycanda ət yeməyindən çox istifadə edildiyini, kökəldiyini və xəstəxanaya düşə biləcəyini bildirir.

Nə düşünürsən?