Dünyanın ən uğursuz evlilik təklifi kimi tarixə düşdü

  • 03.12.2018
  • 0

Nyu-York polisi nişan üzüyünü kanalizasiyaya salmış kişini axtarır.

Publika.az xəbər verir ki, bu barədə Nyu-York Polis Departamentinin "Tvitter" səhifəsində bildirilir.

Qeyd olunur ki, Manhettenin mərkəzi Taymz Skverdə evlilik təklifi edən kişinin əlindən kanalizasiyaya düşən üzük tapılıb: "O (gəlin) "hə!" dedi, lakin kişi o qədər həyəcanlı idi ki, üzüyü kanalizasiyaya saldı".

Polis Departamenti bildirib ki, üzüyü sahibinə qaytarmaq istəyir. Qurumun "Tvitter" səhifəsində həmçinin üzüyün fotosu və həmin anın video görüntüsü yayılıb. (Trend)