Oğlunu qorumaq üçün özünü canavarın qarşısına atan ana dəhşətli anlardan danışdı

  • 02.12.2018
  • 0

29 noyabrda Astaranın Şüvi kəndində canavar hücum etdiyi haqda çoxları bilsə də, yaşanmış bir fədakarlıq hekayəsini az adam bilir. Bu barədə gənc müəllim Həbib Əlizadə video paylaşıb. O deyib ki, canavar kəndə hücum edən vaxtı bir ana, Jalə Firudinzadə 6 yaşlı oğlu Rəvanı məktəbə aparırmış. Yolda canavar hücum edir. Ana oğlunu arxaya keçirib özünü qabağa atır: "Canavar anayla tutaşır, onu yerdə sürüyür, üzünə, qoluna ağır xəsarətlər vurur. Daha maraqlı olan bir şey isə inəyin canavara tərəf gəlməsidi. Bu dəfə isə canavar inəylə tutaşır. Və sonra çıxıb gedir. Bir az gedən canavar dayıoğlum Rafiqə hücum edir, onu da yaralayır… Ananın vəhşi heyvandan öz canı bahasına övladını qoruması artıq kitabdan oxuduğumuz bir hekayə deyil. Bu bir yaşanmış həyat hekayəsidi... Ana fədakarlığından alacağımız böyük bir ibrət var… Fədakarlığın ən ali mərtəbəsi…"

Nə düşünürsən?