Güclü külək bəzi fəsadlara yol açıb

  • 01.12.2018
  • 0

Bir neçə gündür ölkə ərazisində əsən güclü külək Zaqatala rayonunda fəsadlar törədib.


“Report”un məlumatına görə, külək rayonun Yolayrıcı kəndində işıq dirəklərini aşırdıb və naqillər qırılıb. Nəticədə kəndə verilən elektrik enerjisi kəsilib.


Yerli sakinlər bu barədə aidiyyəti qurumlara məlumat verildiyini bildiriblər.

Nə düşünürsən?