Ata Buş vəfat edib

  • 01.12.2018
  • 0

ABŞ-ın 41-ci prezidenti Böyük Corc Buş vəfat edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın sabiq prezidenti olan ata Corc Buş 94 yaşında dünyasını dəyişib.

"İkinci dünya müharibəsi dövrünün dəniz aviatoru, "Texas oil" təşəbbüsçüsü və 41-ci ABŞ prezidenti Corc Herbert Ualker Buş noyabrın 30-da, 2018-ci ildə dünyasını dəyişib. Qısa zamanda dəfn mərasimi ilə bağlı məlumat veriləcək", - onların ailə sözcüsü Cim Makqraf rəsmi tvitter səhifəsində qeyd edib.

Qeyd edək ki, ata Buş 1989-1993-cü illərdə ABŞ prezidenti olub. O, xanımı Barbara Buşun vəfatından sonra, aprel ayında qanında infeksiya yayıldığına görə xəstəxanaya yatırılmışdı.

Nə düşünürsən?