Nazir müavini deputata hücum çəkdi - Canlı yayım zamanı

  • 01.12.2018
  • 0

Ukraynanın nazir müavini Yuriy Qrımçak “Xalq əleyhinədir” siyasi tok-şousunun canlı yayımında Ali Radanın deputatı Yevgeni Murayevə hücum edib.

“Ölkə.Az” xəbər verir ki, millət vəkilinin Kerç boğazındakı qalmaqalla bağlı çıxışı nazir müavinini özündən çıxarıb və o, şillə təpiklə deputata hücum edib.


Murayev deyib: 


“Bu münaqişədə Rusiya tərəfi maraqlı deyil. Bu insident sayəsində əsas məqsədlərdən birinə nail olundu. “G 20” sammitində ABŞ prezidenti ilə Putinin görüşü baş tutmadı”.

Qrımçak isə millət vəkilini təhqir edərək ona yaxınlaşıb və kürsüyə zərbə endirib. Zərbədən sonra konstruksiya Murayevin üstünə düşüb.

Nə düşünürsən?