Çinli diplomatı prezident ilə səhv saldılar

  • 01.12.2018
  • 0

Argentinada Çin Xalq Respublikasının sədri Si Tsinpini gözləyən hərbi orkestr Buenos-Ayres hava limanında təyyarədən enən çinli diplomatı president kimi qarşılayıb.

“Ölkə.Az” xəbər verir ki, qısa müddət ərzində dövlət başçısı zənn edilən diplomatın hərbi mars sədaları altında addımlaması diqqətləri cəlb edib.


Çin himnini çalan hərbi orkestr diplomatın Si Tsinpin olmadığını anladıqdan sonra himni yarıda kəsib.

Nə düşünürsən?