Makronu Argentinada qarşılayan tapılmadı

  • 01.12.2018
  • 0

Fransa prezidenti Emmanuel Makron İyirmilər Qrupu (G20) liderlərinin sammitində iştirak etmək üçün Argentinaya gedib. FaktXəbər "RT"yə istinadən bildirir ki, Makronun təyyarəsi Buenos-Ayresdə hava limanına enərkən onu qarşılayan tapılmayıb.

Fransa liderini təyyarədən düşərkən Argentinanın vitse-prezidenti Qabriel Miketti qarşımalı olsa da, anlaşılmazlıq səbəbindən hava limanına gec gəlib. Buna səbəb isə Fransa prezidentinin protokol xidmətinin vaxt məsələsində Argentina tərəfinə düzgün məlumat verməməsi olub.

Nə düşünürsən?