Özünü "İkinci Allah" adlandıran Məmmədsəfa kişi görün nə iş gördü

  • 30.11.2018
  • 0

A24.az-ın əldə etdiyi məlumata görə, o, bu dəfə şəxsi hesabına Lerik rayonunun Kaqoy kəndində yol çəkdirməsi ilə diqqəti çəkib. Belə ki, ağır texnikalar gətirilməsini tapşıran Məmmədsəfa kəndin yollarının yenidən qurulmalı olduğu qənaətinə gəlib. O, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) səlahiyyətində olan işi öz şəxsi hesabına görməyi özünə borc bildiyini qeyd edib. Bununla da xeyirxah addım atdığını vurğulayıb.


Məlumata görə, Məmmədsəfa kişi onun yanına gələn müştərilərin çoxluğunu nəzərə alaraq yolun bərpa olunması ilə bağlı göstəriş verib. Bildirilir ki, qış fəslində Məmmədsəfa kişinin evinə gedən yolda avtomobillərin hərəkətində problemlər yarandığı üçün o, bu addımı atıb.


Qeyd edək ki, bir neçə gün bundan əvvəl Məmmədsəfa kişinin özünü “ikinci Allah” adlandırması və tanınmış şou-biznes nümayəndələrinin onun yanına axışması ilə bağlı mətbuatda məlumatlar yayılmışdı.

Nə düşünürsən?