Bakı metrosunda biabırçılıq: Qızlar oğlana sataşdı, dava düşdü

  • 30.11.2018
  • 0

Bakı metrosunda növbəti xoşagəlməz insident yaşanıb.

Minval.info xəbər verir ki, bu barədə sosial şəbəkələrdə videogörüntü yayılıb.

Kadrlardan göründüyü kimi, qatarda iki gənc qızla bir oğlan arasında mübahisə yaşanır.

Bildirilir ki, insident qızların oğlana söz atmasından sonra başlayıb. Uzun müddət oğlana sataşan qızlar sonda hücuma keçiblər. Qatar “28 May” metrostansiyasına çatanda məsələyə metro işçiləri və polislər qarışıb.

Nə düşünürsən?