“Zapravka”dakı partlayışda yaralananların vəziyyəti necədir?

  • 29.11.2018
  • 0

Tərtər rayonunda yanacaqdoldurma məntəqələrinin birində baş verən partlayış nəticəsində yaralanan şəxslərin vəziyyəti ağırdır.

Bu barədə Sfera.az-a Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, hadisə zamanı xəsarət alan iki nəfər rayon mərkəzi xəstəxanasına çatdırılıb. Onlardan birinin bədən səthi 100, digərinin isə 70-80 faiz yanıb. Bununla bağlı həkim briqadası Bakıdan Tərtərə yola düşüb.
 
Bundan başqa, partlayış nəticəsində yaralanan şəxslərin adları məlum olub. 


"Report"un yazdığına görə, bunlar 1966-cı il təvəllüdlü Seymur Rzayev və 1995-ci il təvəllüdlü Əsgər Məmmədovdur.  


Faktla bağlı araşdırma aparılır.
 

Nə düşünürsən?