Bıçağın 15 sanimetrlik hissəsi başına ilişib

  • 22.11.2018
  • 0

Cənubi Afrikanın sahil şəhəri olan Keyptaunda qəribə hadisə baş verib.

Unikal.org xarici mətbuara istinadən xəbər verir ki, Şaun Veyn adlı velosipedçi tanımadığı iki şəxsin  hücumuna məruz qalıb.

Şaun Veynə qarşı soyğun törətmək istəyən şəxslər onun başına bıçaq saplayıblar. O, isə özünü itirməyərək ən yaxın xəstəxanaya piyada gedib. Başına 15 sm uzunluğunda bıçaq batan şəxsi görənlər qorxub və təəccüb hissi keçiriblər. Onun sakit şəkildə "boş həkim varmı?” sözləri isə bu təəccübə səbəb olub.

34 yaşlı şəhər sakini dərhal əməliyyat edilib və möcüzəvi şəkildə sağ qalıb. Yaralının anasına vəziyyətinin yaxşı olduğu, əməliyyatın uğurlu keçdiyi deyilib.

Nə düşünürsən?