10 yaşlı uşağı xilas edərək şəhid olan qəhrəman

  • 21.11.2018
  • 0

Ramazan Əhəd oğlu Quliyev 1951-ci il, iyun ayının 20-də Fizuli rayonunda anadan olub. Körpə ikən atasını itirib.

Ailəsi ilə Cəbrayıl rayonunun Alıkeyxalı kəndinə köçüb.Tibb Universitetinə daxil olsa da təhsilini yarımçıq qoyaraq kəndə qayıdıb və ailəsinin yükünü öz üzərinə götürüb. Qarabağ uğrunda döyüşlərdə könüllü olaraq iştirak edib.  1992-ci il, sentyabr ayının 1-də ağır yaralanıb. Həkimlərin səyinə baxmayaraq, həmin ilin dekabr ayının 16-da şəhadətə qovuşub.

Nə düşünürsən?