Bu evin divarına 13 elektrik sayğacı quraşdırılıb

  • 21.11.2018
  • 0

Paytaxtın Nəsimi rayonunda fərdi evlərdən birinin divarına 13 elektrik sayğacı quraşdırılıb. 

Oxu.Az-ın “Xəzər” TV-yə istinadən məlumatına görə, görüntülər Nəsimi rayonu, Balababa Məcidov küçəsi ev 87 ünvanındandır.

Ev sahibi Lalə Novruzova bildirib ki, işi ilə əlaqədar tez-tez rayona getməli və 1-2 ay orada qalmalı olur. 

Hər dəfə rayondan qayıdanda isə görüb ki, evinin divarına 2-3 elektrik sayğacı quraşdırlılıb. Beləliklə, ətrafdakı 13 evə məxsus elektrik sayğacı onun mənzilinin divarına yerləşdirilib.

Divara bu qədər sayğacın quraşdırılması ilə yanaşı, elektrik xətləri də çox primitiv şəklində sarınıb. Lalə Novruzova deyir ki, hər hansı qəza və ya yanğın hadisəsinin narahatlığı ilə yaşayırlar.

Nə düşünürsən?