Türkiyədə mədəndə partlayış olub - Yaralılar var

  • 21.11.2018
  • 0

Türkiyənin Zonquldağ şəhərində mədəndə partlayış baş verib.

A24.az Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 2 nəfər ağır yaralanıb və şəhər xəstəxanalarından birinə yerləşdirilib.

Qeyd edilir ki, hazırda mədəndə köməksiz vəziyyətdə qalmış 3 nəfərin xilas edilməsi üzrə işlər davam etdirilir.

Partlayışın səbəbi barədə məlumat verilmir.

Nə düşünürsən?