Suriyada kürdlərin nəzarətində olan ərazilərdə toqquşma

  • 21.11.2018
  • 0

Suriyanın şimal şərqində Əl-Hasaka əyalətində «Suriya Demokratik Qüvvələri»nin nəzarətində olan Əş-Şədad yaşayış məntəqəsində ərəb sakinlər aksiya keçirib.

Yerli sakinlərin etirazına səbəb kürdlərdən ibarət «Asayiş» daxili təhlükəsizlik qüvvələrinin bir neçə nəfərin yaralanması ilə nəticələnən təlimləri olub. 23 mm-lik silahdan (ehtimal ki, ZU-23) atılan sursat yaşayış binasına dəyib və yerli sakin Hüseyn Xairi qolundan yaralanıb. Nəticədə onun qolu amputasiya olunub.

Bundan başqa Hairinin 13 və 15 yaşlarında olan iki oğlu da yaralanıb. 

Nə düşünürsən?