Bakıya 472 min manatlıq belə lüks avtobuslar gətirilir

  • 21.11.2018
  • 0

Bakı Nəqliyyat Agentliyi (BNA) noyabrın 16-da Türkiyənin "BMC Otomotiv və Sanayi Ticaret A.Ş" şirkəti ilə 300 ədəd avtobus alınması üçün 141 milyon 801 min 180 manat (və ya 83,4 milyon dollar) məbləğində müqavilə bağlayıb. Bu barədə "Marja" tender komissiyasına istinadənməlumat yayıb. Məlumata əsasən, bir avtobus dövlət büdcəsinə 472 min 670 manata və ya 280 min ABŞ dollarına başa gələcək. Bu ilin avqust ayında dövlət başçısı ilkin olaraq bu məqsədlə 47 milyon manat ayırıb. Qeyd edək ki, avtobusların satın alınması üzrə tender oktyabrın 23-də başa çatmışdı.

Nə düşünürsən?