Zaqatalada dəhşətli yol qəzası - Ölənlər var

  • 21.11.2018
  • 0

Zaqatalada baş verən ağır yol qəzasında ölənlərin sayı iki nəfərə çatıb.

“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində müalicə alan 21 yaşlı Amid Şabanov gecə saat 1 radələrində ölüb.

Hadisə dünən axşam, saat 22 radələrində Zaqatala-Danaçı-Aşağı Çardaqlar avtomobil yolunun Danaçı kəndi ərazisindən keçən hissəsində baş verib. 

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır. 

Nə düşünürsən?