Azərbaycanda üç uşaq anası itkin düşdü

  • 20.11.2018
  • 0

Mingəçevirdə üç uşaq anası Eyvazova Gülay Teyyub qızı itkin düşüb.


Oxu.Az-ın məlumatına görə, Göyçay rayon, Müskürlü kənd sakini, 1990-cı il təvəllüdlü G.Eyvazova ötən gecə saatlarında yaşadığı Mingəçevir şəhər, H.Əliyev küçəsi 35, mənzil 12 ünvanından çıxıb və bir daha geri qayıtmayıb.


Bu barədə saytımıza onun həyat yoldaşı, Göyçay rayon sakini, 1989-cu il təvəllüdlü Eyvazov Sahil Ağalar oğlu məlumat verib. 


Onun sözlərinə görə, xanımın psixoloji problemləri olduğundan bundan əvvəl də bir neçə dəfə xəbərsiz evdən çıxıb gedib.


Ailənin üç övladı var.


Faktla bağlı Mingəçevir RPİ-nə müraciət edilib. Araşdırma başladılıb.


Video: Sahil Tv

Nə düşünürsən?