Modelyer: Uşaq vaxtı mənə “kukla” deyirdilər

  • 20.11.2018
  • 0

Gülnarə Xəlilova modelyerliyə uşaq yaşlarından həvəsi olduğunu deyib

ARB Günəş-in “Mən məktəbli ikən” layihəsinin növbəti qonağı tanınmış modelyer-dizayner Gülnarə Xəlilova olub.

Modelyer uşaqlıq xatirələrindən ağız dolusu danışıb:

“Baxçada məni “kukla” deyə çağırırdılar. “Yeni il” tədbirlərində “qar qız” mən olurdum. Həmin tədbirlərdən çəkilən fotolarımın arxa üzündə də öz adımın əvəzinə “kukla” yazırdılar”.

Gülnarə Xəlilova modelyerliyə uşaq yaşlarından həvəsi olduğunu deyib:

“Uzun illərdir ki, modelyerlik peşəsi gündəmdədir. Amma bu sənət istedad və həvəs tələb edir. Bu peşə dəbdə, gündəmdə olduğu üçün yox, istedad, bacarıq varsa, yiyələnmək lazımdır”.

Nə düşünürsən?