Saxlanılan oğru: Şüşələri sındırırdım və nə varsa götürürdüm

  • 20.11.2018
  • 0

İsmayıl Məmmədov 20-ə yaxın avtomobili qarət etməkdə şübhəli bilinir.

Abşeronda 20-ə yaxın avtomobildən oğurluq edən şəxs saxlanılıb.

ARB TV xəbər verir ki, Abşeron Rayon Polis əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı, 20 yaşlı İsmayıl Məmmədov saxlanılıb.

O, bu vaxta qədər 20-ə yaxın avtomobili qarət etməkdə şübhəli bilinir. Əsasən gecə saatlarında avtomobillərin şüşələri sındırılıb və oğurluqlar törədilib.

İsmayıl Məmmədov – saxlanılan şəxs: “Gecə 02:00-dan sonra Masazır, Xırdalan, Abşeron ərazilərində oğurluq edirəm. Həyətdə, “moykada” saxlayırlar. Şüşəni qırıb, maşının içinə girirəm. Əsasən pul, qızıl daha çox bunlara üstünlük verirəm. Onlar olmayanda saat, maqnitafon, nə varsa hamısını götürürdüm. Sata bildiklərimi satırdım”.

Əvvəllər də məhkumluq həyatı yaşayan İsmayıl Məmmədovun digər cinayət əməllərində iştirakı istisna edilmir.

Faktla bağlı Abşeron rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Nə düşünürsən?