21 yaşlı oğlan dağıntılar altından çıxarıldı - DƏHŞƏTLİ VİDEO

  • 20.11.2018
  • 0

Gəncədə yaşayış binasında baş vermiş partlayış nəticəsində dağıntılar altından bir nəfər sağ çıxarılıb.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə Trend-ə Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Pərviz Abubəkirov deyib.

Onun sözlərinə görə, dağıntılar altından çıxarılan şəxs hərbi qulluqçu olduğu üçün hazırda hərbi hospitala yerləşdirilib.

P.Əbubəkirov əlavə edib ki, hadisə nəticəsində dünyasını dəyişən şəxs də hərbçi olub.

Nazirlik sözçüsü bildirib ki, hadisə yerinə 6 təcili tibbi yardım briqadası cəlb olunub.

Nə düşünürsən?