Kim Çen In Trampın göydələninin ziyarətçilərini salamladı

  • 24.10.2017
  • 0

Amerikalı məzhəkəçi Qpark Şimali Koreya lideri Kim Çen Inın oxşarını taparaq, Donald Trampın Nyu-Yorkda yerləşən göydələnə aparıb. Oxu.Az lenta.ru-ya istinadən xəbər verir ki, saxta Kim Çen In cangüdən roluna girmiş məzhəkəçi ilə Nyu-York küçələrində gəzişiblər. İnsanlar psevdodiktatordan Amerikada nə etdiyini soruşurdular, onun basketbolçu Dennis Rodman ilə dostluğunu yada salırdılar və şəkil çəkdirirdilər. Wall Street –dəonlar Trampın binasına gedərək, mühafizəçidən ABŞ prezidentinin harda olduğunu soruşublar. Mühafizəçi bunun gizli məlumat olduğunu deyib. Sonra Qpark “ali rəhbərin hər kəsə təşəkkür etdiyini” bildirib və binanı tərk ediblər.

Nə düşünürsən?