Rozanın udduğu avtomobil kimə verildi? - AÇIQLAMA

  • 17.11.2018
  • 0

"Xanımlar və cənablar - 2" devizi ilə yayımlanan "Maşın şou" verilişinin son qalibi müğənni Roza Zərgərli verilişdə avtomobildən imtina edərək, onu Murad Dadaşova təhvil vermişdi. Zərgərli avtomobilin xeyriyyə məqsədində istifadə olunmasını yaxud kiməsə verilməsini istəmişdi. Sonxeber.az xəbər verir ki, sözügedən avtomobilin aqibəti ilə bağlı xalq artisti Murad Dadaşov Open.az-a danışıb: "Gözlənilməz nəticə idi. O avtomobil hələ də "Nissan Motors"un nəzarətindədir. Yəni heç kəsə verilməyib, nə də istifadə olunmayıb. Yəqin ki, "Maşın şou"nun yeni sezonunda onun aqibəti bəlli olacaq və bu barədə açıqlama verəcəyik".

Nə düşünürsən?