Tanınmış aktyorun həbsxana görüntüləri yayılıb

  • 16.11.2018
  • 0

Avqust ayında həbs edilən məşhur aktyor Ufuk Bayraktarın “Silivri” həbsxanasında çəkilmiş fotosu yayılıb.

“Ölkə.Az” xəbər verir ki, aktyorun fotosu sosial şəbəkədə geniş marağa səbəb olub.


Ufuk Bayraktar 11 il əvvəl baş verən davada atasına məxsus sənədsiz silahı üzərində gəzdirdiyi üçün həbs edilib. O, 6 ayını dəmir barmaqlıqlar arxasında keçirəcək.


Türk bayrağı fonunda şəkil çəkdirən aktyor həbsxanada ssenari yazır, kitab oxuyur və idmanla məşğul olur. Onun əlindəki təsbeh isə diqqətlərdən yayınmayıb.

Nə düşünürsən?