Gürcüstanda partlayışda yaralanan azərbaycanlılardan xəbər var

  • 16.11.2018
  • 0

Tbilisidə ötən gün qaz sızması nəticəsində yaşayış binasında baş verən partlayış zamanı xəsarət alan Məmmədovlar ailəsinin üzvlərinin vəziyyəti stabildir. FaktXeber.com-un Report-a istinadla məlumatına görə, bu barədə Yanıq Mərkəzinin direktoru Quqa Kaşibadze bildirib.

O deyib ki, xəsarət alan kişi, onun oğlu və uşağın müalicəsi mərkəzin reanimasiya şöbəsində davam etdirilir: “Onlar bədənin müxtəlif yerlərində yanıq xəsarətləri alıblar. Yaşlı kişinin bədəninin 65%-i, onun oğlunun bədəninin 55%-i, uşağın bədəninin isə 12%-i yanıb”.

Qeyd edək ki, Tbilisinin Zemo Poniçala qəsəbəsində ötən gün səhər saatlarında doqquzmərtəbəli binada təbii qaz sızmasından güclü partlayış baş verib. Nəticədə üç nəfər – 44 yaşlı kişi, onun 24 yaşlı oğlu və 6 yaşlı nəvəsi xəsarət alıblar. Hadisə nəticəsində gənc qadın və onun övladı dağıntılar altında qalaraq ölüb. 

Nə düşünürsən?