Türkan Vəlizadə "Maşın Şou"-nun iştirakçılarından olacaq?

  • 16.11.2018
  • 0

Populyar müğənni Türkan Vəlizadənin dekabrın 13-ü başlayacaq "Maşın" şouda iştirak edəcəyi xəbəri yayılıb.
Xəbərin doğruluğunu bilmək üçün müğənni ilə əlaqə saxladıq.
News24.Az-a açıqlama verən müğənni şoudan təklif aldığını təstiqlədi. Amma... Müğənni şouda iştirakdan imtina etdiyini bildirdi: "M Group heyətinə, xüsusilə Murad Dadaşova təşəkkür edirəm, sayıb, təklif etdikləri üçün. Murad bəy çox alicənab insandır. Amma iştirakdan imtina etmək məcburiyyətində idim. Çünki keçirdiyim qəzadan sonra ayaq üstə çox durmağım mümkün deyil. Ayağımda mil var, həkimlər mənə ciddi təlimat veriblər. Bunu şounun yaradıcı heyətinə də bildirdim. Çox sağ olsunlar, anlayışla qarşıladılar". T. Vəlizadə qeyd edib ki, ayağındakı problem tam şəkildə yox olduqdan sonra əgər "Maşın" şou təkrar başlasa və ona təklif gəlsə, sevə-sevə qəbul edəcək. 

Nə düşünürsən?