“Eurovision” klipimiz yenilənib

  • 15.11.2018
  • 0

Belarusda keçiriləcək “Junior Eurovision”da Azərbaycanı təmsil edəcək “I wanna be like you”nun yeni versiyası təqdim olunub. “Qafqazinfo” xəbər verir ki, bəstə ilə yanaşı, yeni klip də yarışma pərəstişkarlarının ixtiyarına verilib. Ekran işi ifaçı Fidan Hüseynovanın rəsmi “Youtube” səhifəsində dərc edilib. 


Mahnının nəqarət hissəsində Azərbaycan dilində cümlələr əlavə olunub, arajımanı yenilənib.  Yeni klip isə Bakı küçələrində, Dağüstü Parkda, Heydər Əliyev Mərkəzinin qarşısında lentə alınıb. 


Xatırladaq ki, müsabiqə Noyabrın 25-də Minsk Arenada keçiriləcək.