Saxlanılan “Aftoş”lardan gənclərə MƏSLƏHƏT: “Təhlükəli videolar çəkdik, aldanmayın” –

  • 15.11.2018
  • 0

Polis əməkdaşları tərəfindən saxlanılan Quba rayon sakinləri olan 15 gəncin sosial şəbəkələrdə dostluq qrupları yaratmaları öncədən konkret tarixdə və ünvanda yarışacaqları barədə elanlar verərək, bu mövzuda müvafiq paylaşımlar etməsi, daha sonra isə şəhərin bəlli küçə və yollarında avtoxuliqanlıq etmələri məlum olub.

ARB TV xəbər verir ki, yol hərəkəti qaydalarını kobud şəkildə pozan bu şəxslər haqqında Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polis bölməsinin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunub. Baxılması üçün rayon məhkəməsinə yollanıb.

Mehman Məmmədov – saxlanılan şəxs: “Sosial şəbəkədə gördüm. Mən də getdim avto yarışa. Gördüm uşaqlar da yığışıb. Maşınlarla şəkil çəkdik. Sonra təhlükəli videolar çəkdirdik. Oyan-buyan, sağ-sol elədik. Peşmanam etdiyim hərəkətə görə”.

Yunis Yunisov – saxlanılan şəxs: “Festival olacağı yazılmışdı. Gedib maşınları göstərəcəkdik. Getdik maşınları göstərdik, yanında şəkil çəkdirdik. Bəzi xuliqanlıq edənlər olduğuna görə, biz də xuliqanlar siyahısına düşmək məcburiyyətində qaldıq”.

Kamal Nadirov – saxlanılan şəxs: “Gənclərə bir tövsiyyəmiz var ki, belə elanlara aldanmasınlar. Belə səhvlərə yol verməsinlər. Etdiyimiz əmələ görə də peşmanıq”.

Avtoxuliqanlıq edən qrupun bir üzvi Cahangir Fərzəliyev  VAZ 2115” markalı avtomobillə polis əməkdaşlarının saxla əmrinə tabe olmayaraq, yol nəqliyyat hadisəsi törədib. Həmin nəqliyyat vasitəsini hadisə yerində qoyaraq, qaçıb. Hazırda onun da saxlanılaraq məsuliyyətə cəlb olunması istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Nə düşünürsən?