İnstagram bu şəkilə görə Ramzan Kadırovu blok etdi

  • 15.11.2018
  • 0

Çeçenistan rəhbəri Ramzan Kadırovun “Instagram” səhifəsi yenidən bloka düşüb. Qeyd edək ki, ötən ilin dekabrında blok edilmiş səhifə yenicə bərpa olunmuşdu. 

Oxu.Az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, Kadırov sosial şəbəkədəki ilk postunu tapançasına həsr edib.

“Mənim sənə deyəcək çox sözüm var, dostum. Sən mənim həyatımı və şərəfimi qorumaq üçün  düşmənlərə və yaramazlara nə qədər dəqiq “sözlər” demisən. Sən mənə qardaş oldun. Səni mənim övladlarım da sevir”, - deyə Kadırov öz postunda yazıb.

Nə düşünürsən?