Şamaxıda minik avtomobili qoyun sürüsünə çırpılıb

10.11.2018 | 32 | 0

Şamaxıda minik avtomobili qoyun sürüsünə çırpılıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Şamaxı-Göylər-Padarçöl yolunun Göylər kəndindən keçən hissəsində baş verib. Kənd sakinləri Ziya Muradov və Süracəddin Qasımova məxsus qoyun sürüsü örüş sahəsinə aparılarkən minik avtomobili idarəetmədən çıxaraq sürüyə girib. Hadisə zamanı 8 baş xırdabuynuzlu heyvan tələf olub, 8-i isə yaralanıb. Heyvan sahiblərinin sözlərinə görə, ümumilikdə onlara 4 min manat ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?