“Victorias Secret”in gözəlləri yenə podiuma çıxdı

  • 10.11.2018
  • 0

Maraqla gözlənilən və bu il 23-cü dəfə keçirilən “Victorias Secret” Moda Şousu Nyu-Yorkda gerçəkləşib.

Oxu.Az xəbər verir ki, dəfilədə ilk olaraq səhnəyə Adriana Lima çıxıb.

O, sonuncu dəfə bu səhnədə yer alıb. Model gözyaşlarını saxlaya bilməyib.

Kendall Cenner, Kendis Svanepoel, Sara Sampaio, Gigi Hadid, Vinni Harlou kimi modellər gecəyə damğa vurub. 

Şounun müğənni qonaqları isə Rita Ora, Şaun Mendes, Endryu Taqqart, Helsi  Bebe Reksa olub.

“Victorias Secret” şousunda “Fantaziya büstqalteri” olaraq tanıdılan ən bahalı geyimi isə Elsa Hosk nümayiş etdirib.

Nə düşünürsən?