Antenna qülləsinə dəyən təyyarə qəzaya uğrayıb

  • 10.11.2018
  • 0

Kanadanın Yeni Şotlandiya əyalətindəki Halifaks şəhərində aviaqəza baş verib.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, "Chinese SkyLease" aviaşirkətinin Boeing-747 yük təyyarəsi "Halifax Stanfield International Airport" Hava limanına uğursuz eniş edib. Təyyarə uçuş-enmə zolağından təxminən 50 metr kənara çıxaraq antenna qülləsinə dəyib.

Qəzada təyyarə heyətindən 4 nəfər yaralanıb.

Nə düşünürsən?