Aktrisalar, modellər və aparıcılar canını qurtarmaq üçün qaçır - Kaliforniyada dəhşətli hadisələr tüğyan edir

10.11.2018 | 15 | 0

ABŞ-ın Kaliforniya ştatında meşə yanğınları tüğyan edir. Sakramento ştatından şimalda, Mərkəzi vadidə Byuitt şəhərinin yaxınlığında vəziyyət xüsusilə ağırdır.

Milli.Az ABC-yə istinadən bildirir ki, yanğınlar səbəbindən 50 min nəfər təxliyə olunub. Peradays şəhərində 2000-dən artıq ev yanıb. Bir neçə nəfər həlak olub.

Yerli yanğınsöndürmə xidmətinin nümayəndəsi Skott Maklinin dediyinə görə, Peradays şəhərinin əksəriyyəti məhv olub.

Hazırda şəhərdə yanğınlarla mübarizəyə 500 nəfərdən artıq yanğınsöndürən cəlb olunub.

Oktyabrın 8-də Fezer çayının kanyonunda, şossenin kənarında başlanmış yanğın güclü külək və quru hava səbəbindən sürətlə müxtəlif istiqamətlərə yayılıb.

32 mindən artıq insan elektroenerji təminatından məhrum olub. Kaliforniya ştatının qubernatoru Qevin Nyusom fövqəladə vəziyyət elan edib.

Malibuda məşhur amerikalı realiti-şou ulduzu Keytlin Cennerin "The Bachelor" malikanəsi yanıb.

Realiti-şou ulduzu, pornoqrafik videoları yayılandan sonra populyarlaşan erməni Kim Kardaşyanla əri Kanye Uestin malikanəsinə artıq alovlar çatıb.

Ledi Qaqanın və aktyor Uill Smitin villalarının ətrafında da yanğınlardır.

Kalabasas səmtindəki Hidden Hilssdə yerləşən vilalalrından Xlo və Kortni Kardaşyanlar qaçıblar.

Qer, Denis Riçards, Alissa Milano, Reynn Uillson, Gilyermo del Toro, Roma Dauni, Skott Derrikson, Melissa Eteric və Mark Hemill kimi məşhurların villalarının yerləşdikləri təpəliklər də alov içindədir.

Cənubi Kaliforniyada artıq yüz minlərlə insana təxliyə göstərişi verilib.

Nə düşünürsən?